RU
Şolts:
19:40
153

Şolts: "NATO iki dəyərli müttəfiq qazanır"

"İsveç və Finlandiya ilə biz ittifaqı gücləndirəcək iki dəyərli müttəfiq qazanırıq”.

7NEWS.Az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts "Twitter"də bildirib.
Almaniya Kansleri İsveç və Finlandiya hökumətlərinin NATO-ya üzvlük müraciətlərini tarixi addım adlandırıb: "Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq barədə suveren qərarını alqışlayırıq. Biz ittifaqı gücləndirəcək iki dəyərli tərəfdaş qazanırıq. Biz üzvlük prosesinin sürətlə tamamlanmasını dəstəkləyirik”.

Olaf Şolts NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb: "NATO heç kimə qarşı yönəlmir, lakin bütün müttəfiqlər üçün müdafiə və təhlükəsizlik təmin edir. Finlandiya və İsveçi tezliklə bizim müttəfiq kimi səbirsizliklə gözləyirik”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ