Nazirlər Kabineti 48 dövlət orqanına (nazirliklər, agentliklər və s.) məktub göndərib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu24.com-a açıqlamasında bildirib ki, Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub:
"Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 %-dən ən çoxu 50%-ə qaldırılması ilə bağlı tapşırıq verilib.
Xatırladım ki, həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 %-i işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50%-ə qədər yüksəldilib.
Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb”.








