RU
SON DƏQİQƏ! Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
10:49
296

SON DƏQİQƏ! Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.


General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

 

 7News.Az


 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ