RU
SON DƏQİQƏ: Yeni Xarici İşlər Nazirinin adı bəlli oldu - BİOQRAFİYA
13:09
2165

SON DƏQİQƏ: Yeni Xarici İşlər Nazirinin adı bəlli oldu - BİOQRAFİYA

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib. Məlumatda deyilir: "Energetika naziri Pərviz Şahbazovun vəzifəsindən azad edildiyi və XİN rəhbəri təyin olunduğu deyilir. Hələ rəsmi sərəncam elan olunmayıb. Pərviz Şahbazov 2005-2016-cı illərdə Azərbaycanın Almaniyada səfiri vəzifəsində işləyib. 2016-2017-ci illərdə Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri olub."
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur.
12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib. İngilis, alman və rus dillərini bilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ