Son üç gündə Əfqanıstanda "Taliban"la döyüşlər zamanı 27 uşaq ölüb.
Bu barədə UNİCEF-in yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, son 72 saat ərzində Qəndəhar, Xost və Paktia vilayətlərində "Taliban"la döyüşlərdə 27 uşaq ölüb, 136-sı yaralanıb.
Qəndəharda 20 uşaq ölüb, 130-dan çoxu yaralanıb, Xostda 2 uşaq ölüb, 3-ü yaralanıb, Paktiada isə 5 uşaq ölüb, daha 3-ü yaralanıb.
Bəyanatda qeyd olunub ki, bu ölkədə baş verən itkilər günü-gündən artır./apa
7NEWS.Az








