RU
lombard
Şoyqu və Lavrov nə üçün Ermənistana getdi? - MARAQLI DETALLAR - AÇIQLAMA
23:58
970

Şoyqu və Lavrov nə üçün Ermənistana getdi? - MARAQLI DETALLAR - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

Bu müzakirələri dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a özəl olaraq bildirdi ki, Lavrov və Şoyqunun bu ölkəyə göndərməsi daxili siyasi böhranın hakimiyyət dəyişməsinin qarşısının alınmasına hesablanıb.

''Ermənistanda siyasi böhran dərinləşməsi mövcud hakimiyyətin dəyişməsinə gətirə bilər. Bu da Qarabağla bağlı durumu və razılaşmanın pozulmasının reallaşmasına səbəb ola bilər. Moskva bu məsələdən narahatdir. Ona görə də Putin dünənki açıqlamada Ermenistana ciddi mesajlar verdi.

Ölkə daxilində siyasi qüvvələri nəzarətdə saxlamaq və Paşinyanın Qarabağla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Sergey Şoyqu və Lavrov Ermənistan siyasi -hərbi rəhbərliyi ilə görüşlər keçirərək mövcud durumun stabilləşməsi üçün tapşırıqlar verəcək.

Ölkədə yeni siyasi böhran Qərbin burada güclənməsini diqtə etdiyindən Moskva çalışır ki, indiki vəziyyəti nəzarətdə saxlasın''.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib ki,Rusiyanın Prezident Vladimir Putin tərəfindən qarşıya qoyduğu əsas vəzifəsi Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almaqdır. Sülhün bərqərar olması üçün çox iş görülməlidir.

O bildirib ki, bu vəzifəni şübhəsiz həyata keçirmək niyyətindədirlər.

"Bundan əlavə, sülhməramlılarımızın həyatı və fəaliyyəti ilə bağlı bir sıra məsələləri, təbii olaraq həm hərbi, həm də hərbi-texniki sahədə əməkdaşlığımızı müzakirə etmək niyyətindəyik. Böyük bir proqramla gəldik və onun həyata keçirilməsinə ümid edirik", - deyə Şoyquya bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ