Məşhur rusiyalı aktyor, SSRİ Xalq artisti Oleq Basilaşvili Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilib.
86 yaşlı aktyor koronavirusa yoluxub.
Eyni zamanda, onun həyat yoldaşı və qızının virusa yolxuduğu deyilir. Aktyorun sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.
Xatırladaq ki, dekabrın sonunda rusiyalı aktrisa Alisa Freyndlix koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyətinin stabil ağır qaldığı barədə məlumat verilib./modern

7News.Az








