NATO Baş katibi Yens Stoltenberq gələn il İsveç və Finlandiyanın alyansa üzv olacağına əmin olduğunu bildirib.
7NEWS.Az xəbər verir ki, Stoltenberq bu barədə DPA-ya müsahibəsində deyib.
NATO Baş katibi bunun dəqiq nə vaxt baş verəcəyini deyə bilməyib. Bununla belə, o, "ratifikasiya prosesinin vaxtında yekunlaşacağına tam əmin olduğunu" söyləyib.
Stoltenberq Türkiyənin qəbul prosesini uzun müddət əngəlləyəcəyini gözləmədiyini açıqlayıb.
Qeyd edək ki, Macarıstan və Türkiyə parlamentləri bu iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı protokolları ratifikasiya etməyib. Macarıstan hökuməti açıqlayıb ki, 2023-cü ilin yanvarında parlamentin ilk sessiyasında Finlandiya və İsveçin NATO-ya üzvlüyü müzakirə olunacaq və gözlənilir ki, protokollar ratifikasiya olunacaq.
7NEWS.Az








