RU
Sudanda toqquşmalarda azı 35 nəfər həlak olub
01:20
1972

Sudanda toqquşmalarda azı 35 nəfər həlak olub

Sudanın Qərbi Darfur əyalətinin Cebel Moon bölgəsində köçəri qruplar arasında baş verən toqquşmalarda azı 35 nəfər ölüb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın "Daily Monitor" qəzeti məlumat yayıb.

Noyabrın 17-də başlayan qarşıdurmalar zamanı 16 kəndin tamamilə yandırıldığı bildirilir.

Toqquşmalar dəvələrin oğurlanması səbəbindən başlayıb.

Əraziyə əlavə qüvvələr göndərilib, vəziyyət hazırda sabitdir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ