RU
Sumqayıt Bulvarını belə görməmisiniz
15:30
907

Sumqayıt Bulvarını belə görməmisiniz

Sumqayıt şəhərində yeni dənizkənarı bulvarda işlər sürətlə davam etdirilir. 

7News.Az xəbər verir ki, azvision.az-ın verdiyi məlumata görə, şəhər sakinlərinin və eləcədə qonaqların istirahətini səmərəli təşkil etmək üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq. Belə ki, yeni bulvarda müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə veriləcək. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yeni bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağının salınması nəzərdə tutulub. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. 

Hazırda həmin ərazidə dənizin içərisinə doğru estakada tikilib və onun üzərind bərkitmə işləri gedir. Əraziə çalışan ustalardan aldığımız məlumata görə, həmin hissədə restoran tikiləcək.

Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərində istifadə olunması nəzərdə tutulub. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda hazırda beton konstruksiya, bənd divarlarının salınması işləri sürətlə aparılır. Bütün işlərin iki il müddətində başa çatdırılması planlaşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ