Artıq sükan arxasında maska taxmayanları, yol polisi deyil, radar cərimələyir.
7News.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, sükan arxasında olan sürücünü hansısa yol-patrul inspektoru deyil, radar cərimələyib və bildiriş sürücünün telefonuna göndərilib.
Qeyd edək ki, cərimənin məbləği 50 manatdır.









