Badamdar sürüşmə zonasında bağlanan yolun nə zaman açılacağı məlum deyil.
Bu barədə 7News.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada qeyd edilib.
"Sürüşmə bölgəsindəki əsas magistral yol mütəxəssislərin rəyindən sonra açıla bilər. Bizim qurum ərazidə icraçı orqandır. Yol təhlükəsizlik nöqteyi-nəzərindən bağlanıb. Hazırda ərazi təhlükə mənbəyidir. Həmin ərazidə yeni beton salınacaq. Daha sonra yol açılacaq”, - deyə məlumatda qeyd edilib.
BŞİH-dən qeyd edilib ki, bağlanan yolun açılacağı tarix məlum deyil.
7News.Az








