RU
Tailandda dəhşətli hadisə: Evdə saxlanılan meymun ailənin uşağını parçaladı
11:30
22

Tailandda dəhşətli hadisə: Evdə saxlanılan meymun ailənin uşağını parçaladı

Tailandda ev şəraitində saxlanılan meymun altı yaşlı uşağı parçalayaraq öldürüb.

7News.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, faciəli hadisə böyük səs-küyə səbəb olub.

Məlumata görə, "Çok" adlı erkək makaka sərbəst hərəkət etməsi üçün uzun bir iplə bambuk dirəyə bağlanıbmış. Heyvan həyətdə oynayan azyaşlıya qəflətən hücum edərək, dişlərini onun bədəninə keçirib və yerdə sürüyüb. Səs-küyə gələn ailə üzvləri uşağı qan içində, huşsuz vəziyyətdə tapıblar. Uşaq təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Azyaşlının anasının sözlərinə görə, meymunun uzun dişləri oğlunun ağciyərini deşib və həyati orqanlarına ağır zədə yetirib. Qonşular makakanın əvvəllər də aqressiv davranışlar nümayiş etdirdiyini bildiriblər.

Məlumata görə, ailənin meymunu ev heyvanı kimi saxlamaq üçün heç bir müvafiq sənədi olmayıb. Hadisədən sonra uşağın babası heyvanı cəngəlliyə buraxıb. Yeni hücum ehtimallarından ehtiyatlanan polis və müvafiq qurumlar meymunu axtarmağa başlayıblar. Ağacın üzərində tapılan heyvan yaxınlaşmağa cəhd edənlərə aqressivlik göstərdiyi üçün onu zərərsizləşdirmək məqsədilə trankvilizatorlardan (sakitləşdirici dərmanlar) istifadə olunub.
 Tailandda dəhşətli hadisə: Evdə saxlanılan meymun ailənin uşağını parçaladı

Tailandda dəhşətli hadisə: Evdə saxlanılan meymun ailənin uşağını parçaladı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ