Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 38-ə çatıb.
Bu barədə Reuters məlumat yayıb.
Hadisə Tailandın Naklanq şəhərində baş verib.
13:37
Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 36-ya çatıb.
Hadisəni törədən şəxs narkotik ittihamı ilə işdən qovulmuş keçmiş polis əməkdaşı olub. O uşaq evinə hücumla yanaşı, öz həyat yoldaşını və övladını öldürüb, daha sonra isə intihar edib.
Xatırladaq ki, Tailandın şimal-şərqindəki uşaq evində baş vermiş silahlı hücum nəticəsində ən azı 36 nəfər qətlə yetirilib ki, onların 24 nəfəri uşaqlardır. Ən azyaşlı qurbanın 2 yaşı olub.
Əlavə olaraq bildirilib ki, azı 12 nəfər də xəsarət alıb.
13:36
Tailandda uşaq evinə silahlı basqın olub, ölən və yaralananlar var.
Hadisə bu gün baş verib.
İlkin məlumatlara görə ən azı 31 nəfər öldürülüb. Onların arasında uşaqlar da var./apa
7NEWS.Az








