7News.az xəbər verir ki, Əfqanıstanda Taliban rəsmisi Abdullah Sərhədi həyat yoldaşından boşanmaq istəyən 18 yaşlı bir qadının müraciəti ilə bağlı fikir bildirərkən qadınları hədəfə alıb. Sərhədi "Qadınlar ağıldan məhrumdur, onlar sadəlövhdürlər. Onlar heç nə anlamırlar" ifadəsi ilə ciddi etirazlara səbəb olub.








