RU
Talibandan qaçqınlara çağırış: Geri qayıdın
21:00
1878

Talibandan qaçqınlara çağırış: Geri qayıdın

Taliban hökuməti ölkədə təhlükəsizlik və əmin-amanlığın bərqərar olduğunu və qaçqın olan əfqanların öz evlərinə qayıda biləcəyini bəyan edib.

7NEWS.Az xəbər verir ki, Beynəlxalq Miqrantlar Günü münasibətilə Kabildə keçirilən tədbirdə Taliban hökumətinin baş nazirinin müavini Məhəmməd Həsən Axund mesajı oxunub.

Axund Əfqanıstanda son köçün 1979-cu ildə Rusiyanın bu ölkəyə hücumu ilə başladığını bildirib:

"20 ildir beynəlxalq ictimaiyyətin etdiyi yardımlar ehtiyacı olanlara çatmayıb. Biz gəldiyimiz vaxtdan minlərlə ailənin evlərinə qayıtmasına kömək etmişik. Gələn il biz bütün əfqan qaçqınları evlərinə qayıtmağa çağırırıq. İndi Əfqanıstanda sülh var. Hər kəs amnistiyadan istifadə edib ölkəyə qayıda bilər", - deyə Axund bildirib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ