RU
13:41
335

"Teatrda işlərim çoxdur, deputatlığa ayıracaq vaxtım yoxdur"-Afaq Bəşirqızı

Son günlər sosial şəbəkələrdə xalq artisti Afaq Bəşirqızı deputatlığa namizəd olacağını rəsmən elan etməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələnin doğruluğunu öyrənmək üçün Sonxeber.az xalq artisti ilə əlaqə saxlayıb. Afaq xanım açıqlamasında bu xəbərin yalan olduğunu bildirib:

"Mən deputatlığa namizədliyimi verməmişəm.Teatrda yetərincə işlərim çoxdur. Ona ayıracaq vaxtım yoxdur".

Qeyd edək ki, xalq artistinin deputat olması üçün bir çox məşhurlar dəstək kampaniyası başlatmışdı.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ