RU
Tehran prokuroru Evin həbsxanasında baş verən münaqişə barədə açıqlama verib
13:15
133

Tehran prokuroru Evin həbsxanasında baş verən münaqişə barədə açıqlama verib

Şənbə günü axşam saatlarında Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında baş verən dava nəticəsində başlayan yanğın söndürülüb.

7NEWS.Az İRNA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında məhbuslar arasında münaqişə baş verib, hadisə quldurların saxlandığı qanadda başlayıb. Hüquq-mühafizə orqanları həbsxanaya nəzarəti təmin edib və yanğınsöndürənlər yanğını söndürüblər.
Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib: "Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, siyasi məhbusların olduğu kamera münaqişənin baş verdiyi yerdən uzaqda yerləşir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ