RU
lombard
“Təkcə sən bilirsən”adlı şeirlər kitabı oxucularına təqdim olunacaq
09:17
1060

“Təkcə sən bilirsən”adlı şeirlər kitabı oxucularına təqdim olunacaq

21 dekabr saat 14: 00- da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  Istedadlı şair, Prezident mükafatçısı Elnur Uğur Abdiyevin yeni çapdan çıxmış "Təkcə sən bilirsən”adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. 

Elnur Uğur Dilavər oğlu Abdiyev 1980- cı ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulub. Orta məktəbi doğulduğu kənddə bitirib, ali təhsili LDU- nun humanitar fakültəsində alıb. Hal- hazırda Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. Pedoqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Elnur Uğur AYB- nin, AJB- nin, İƏT- in üzvüdür. Qızıl Qələm Mükafatı laureatıdır, eyni zamanda, Prezident mükafatçısıdır. Ailəlidir, üç övladı var

Maraqlananlar dəvət olunurlar.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ