RU
Tələbə qız bayram günü evlərinə qonaq gələn qardaşını öldürdü
12:20
184

Tələbə qız bayram günü evlərinə qonaq gələn qardaşını öldürdü

Bayram günü bacısıgilə qonaq gedən oğlan ürəyindən bıçaqlanıb.

Dəhşətli olay Türkiyədə yaşanıb. Aydının Didem məhəlləsində yaşayan bacısını görməyə gedən Onur Uçan bıçaqla qətlə yetirilib.

21 yaşlı Gülçin Uçan evlərinə qonaq gələn qardaşı ilə mübahisəyə başlayıb. O, əsəblərinə hakim ola bilməyib və qardaşını ürəyindən bıçaqlayıb.
 
Hadisə yerinə gələn polislər Onur Uçanın meyitini ekspertizaya göndəriblər, Gülçin Uçan isə saxlanılıb.

O, ifadəsində bildirib ki, keçmiş sevgilisinə görə aralarında dava düşüb./milli
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ