RU
Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edildi
16:03
357

Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edildi

Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsinə də daxil edilib.

Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.

 

Tələbələrin ildə bir dəfə olmaqla pulsuz tibbi müayinədən keçməsi və dövlət hesabına müalicəsinin təşkili təklif edilib.

Qeyd edək ki, qurultay bu gün keçirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ