"Tesla" sahibləri enerji yığmaq istədilər - uzun növbə yarandı - VİDEO
"Tesla" elektrik avtomobillərini alanların əksəriyyəti "Supercharger" doldurma stansiyalarında maşınlarını az qala pulsuz "yükləyib" Avropa və ABŞ küçələrində dolaşa bildikləri üçün sevinir.
7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi məlumta görə, belə bir stansiyada avtomobili "şarj etmək" 20-40 dəqiqə vaxt alır.
Zahirdə hər şey əla görünür: hər kəs istədiyi vaxt şarj stansiyasına yaxınlaşıb tez və çox ucuz enerji doldura bilər.
Lakin Kaliforniyada "Şükran günü" yaranan mənzərə ekologiyanı düşünənləri belə, bu növ avtomobil almaq arzusundan daşındıra bilər.
Belə ki, səhər tezdən enerji doldurma məntəqələrinə tələsən sürücülər stansiya qıtlığına görə saatlarla "növbə" gözləməli olublar.
Elektrik avtomobil istehsalçıları bu barədə ciddi tədbir görməlidirlər, çünki insanlar hazır infrastrukturu olmayan avtomobilləri almaqdan imtina edə bilər.