Tibb bacısı koronavirusdan qorunmaq üçün BUNU EDİR
Avstraliyalı tibb bacısı koronavirusdan qorunmaq üçün hər gün zinət əşyalarını təmizləyir.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Sun" yazır.
Yaponiyada səyahət edən qadın sosial şəbəkədəki paylaşımında mikrobları yaya biləcək əşyalar haqqında danışıb. Bu siyahıya zinət əşyaları və çantalar da daxildir.
Tibb bacısı nişan üzüyünü taxmazdan öncə hər dəfə antiseptik salfetlərlə təmizləyir. Bundan əlavə, o, çantasını və küçədən gətirdiyi əşyaları yatağın üstünə qoymur, özü isə duş almadan yatağa girmir.
Tibb bacısı onu da əlavə edib ki, ictimai yerlərdə əl qurutma maşınlarından istifadə etmək risklidir, çünki onların içində nəm və istilik olduğundan bakteriyalar yaranır.