RU
Tibb tarixində ilk: Süni intellekt yeni viruslar hazırladı
15:10
17

Tibb tarixində ilk: Süni intellekt yeni viruslar hazırladı

ABŞ-də fəaliyyət göstərən alimlər süni intellektdən istifadə edərək laboratoriyada çoxala bilən ilk virusları hazırlayıblar.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları bakteriyaları yoluxduran "bakteriofaq" adlanan virusların genomlarını süni intellekt vasitəsilə layihələndiriblər.

Araşdırmada böyük dil modellərinin genetik analoqu hesab olunan genom dil modellərindən istifadə olunub. Nəticədə laboratoriyada fəaliyyət göstərən 16 yeni virus yaradılıb.

Alimlər bu virusları E. coli bakteriyaları üzərində sınaqdan keçiriblər. Məlum olub ki, virusların bir qismi bakteriyanın iki fərqli növünün müdafiəsini aşa bilib.

Tədqiqatçılar bildiriblər ki, yaradılan viruslar insanlar üçün heç bir təhlükə yaratmır.

Araşdırmanın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ