TikTok istifadəçilərinə "Tako” adlı yeni süni intellekt köməkçisi təqdim edilib.
7News.Az xəbər verir ki, köməkçi izlənilən videolarla bağlı sualları cavablandırmaq, səyahət planı hazırlamaq və müxtəlif təkliflər etmək üçün nəzərdə tutulub.
İstifadəçilər Tako ilə tətbiqdəki mesaj bölməsi vasitəsilə əlaqə saxlaya bilərlər. TikTok süni intellektin hazırladığı cavablarda səhvlər ola biləcəyi barədə də xəbərdarlıq edir.








