RU
Tolqa Günaydan olan oğlunu unutdu, tənqid edildi - FOTOLAR
12:30
510

Tolqa Günaydan olan oğlunu unutdu, tənqid edildi - FOTOLAR

"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karelin qızı ilə paylaşdığı fotosu müzakirələrə səbəb olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor övladı ilə şəklinə "İlk göz ağrım" şərhini yazıb. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar "İlk göz ağrınız Türkiyədəki oğlunuz deyil?", "Digər oğlunuza nə oldu? O da sizin övladınız deyil?" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. Hazırda Amerikada yaşayan aktyorun 2-ci evliliyindən 4-cü övladı dünyaya gələcək.

 

Tolqa Günaydan olan oğlunu unutdu, tənqid edildi - FOTOLARTolqa Günaydan olan oğlunu unutdu, tənqid edildi - FOTOLAR



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ