RU
Tovuzda dağlıq ərazidə yanğın başlayıb
13:52
223

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

 Tovuzda meşə yanır.

7News.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Tovuz rayonunun Şıxheybət kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 8 ha sahədə xəzəl yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ