Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb.
Hadisə məclisdə olan qonaqların da təəccübünə səbəb olub. Sözügedən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər bəyin reaksiyasını müzakirə etməyə başlayıblar.
Videonun harada və nə vaxt çəkildiyi barədə ətraflı məlumat yoxdur.








