RU
Tramp Hörmüz boğazındakı dəniz blokadasının ləğv olunduğunu elan etdi
10:20
26

Tramp Hörmüz boğazındakı dəniz blokadasının ləğv olunduğunu elan etdi

ABŞ tərəfindən Hörmüz boğazındakı İran limanlarının "görünməmiş" dəniz blokadası "indi ləğv ediləcək" və orada qalan gəmilər "evə qayıtmağa" başlaya bilərlər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İranla hazırlanan sülh sazişi barədə bəhs edərkən yazıb.

"İran sayca çox olmayan hər hansı qalan minaların dərhal çıxarılmasını və ya zərərsizləşdirilməsini başa çatdıracaq! İndi ləğv ediləcək möhtəşəm və görünməmiş dəniz blokadamız səbəbindən boğazda qalan gəmilər "evə qayıtmaq" prosesinə başlaya bilərlər! Həyat yoldaşlarınıza, valideynlərinizə və ailələrinizə məndən - sizin sevimli prezidentinizdən salam deyin!" - deyə ABŞ lideri vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ