RU
4 tondan artıq çətənə kolu məhv edilib
11:40
18

4 tondan artıq çətənə kolu məhv edilib

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ