Elektrik xəttində baş verən qısaqapanma Dağıstan Respublikasında (Rusiya) 42 yaşayış məntəqəsinin işıqsız qalmasına səbəb olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.
"Xəttdəki qısaqapanma nəticəsində Dağıstan Respublikasının 4 bələdiyyə rayonunun 42 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində qəza xarakterli kəsintilərin qeydə alınması barədə məlumat daxil olub. Elektrik kəsintisi zonasına Aquşinski, Axtınski, Şamilski və Tsuntinski rayonları daxildir", - qurumun rəsmi məlumatında deyilir.
Qəza-bərpa işlərinin aparılması üçün 28 mütəxəssis və 8 ədəd xüsusi texnika cəlb olunub.








