ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib.
Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub.
Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir.
"Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq", – ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, Tramp bu açıqlamanı ABŞ-la İran arasında Hörmüz boğazı ətrafında danışıqların davam etdiyi və tərəflər arasında mümkün razılaşma ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda səsləndirib.








