RU
Trampdan İrana sərt ÇAĞIRIŞ:
00:30
33

Trampdan İrana sərt ÇAĞIRIŞ: "Bəsdir"

ABŞ Prezidenti Donald Tramp İranın İsrailə raket hücumunu şərh edib.

Məlumata görə, o, "Fox News" telekanalına açıqlamasında Tehrana danışıqlar masasına qayıtmağı tövsiyə edib.

"İrana deyirəm: siz artıq kifayət qədər atəş açmısınız, bəsdir. İndi isə danışıqlar masasına qayıdın", - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, İranla bağlı gərginlik fonunda Amerika hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Məlumata görə, İranın İsrail istiqamətində raketlər buraxmasından sonra İordaniya ərazisində də hava həyəcanı siqnalları işə salınıb.

Bundan əlavə, Suriyanın paytaxtı Dəməşq üzərində partlayış səslərinin eşidildiyi bildirilir.

* SON DƏQİQƏ: İran İsrailə raket atdı: Təl-Əviv cavab zərbəsinə hazırlaşır - VİDEO

Xatırladaq ki, bundan əvvəl İsrail ordusu İran ərazisindən raket buraxılışlarının qeydə alındığını və hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlamışdı. İran isə hücumun İsrailin Livana endirdiyi zərbələrə cavab xarakteri daşıdığını bəyan edib./oxu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ