RU
Türk ordusu 7 PKK-çını məhv etdi
20:40
264

Türk ordusu 7 PKK-çını məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, bölgədə hücum hazırlığında olan 7 PKK terrorçusu məhv edilib.

Nazirlik "Pəncə Kilid" əməliyyatının davam etdirildiyini qeyd edib.

"Pəncə Kilid" antiterror əməliyyatı İraqın şimalında aprelin ortalarından bəri davam edir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ