"Bu il Suriya və İraqda 4 minə yaxın terrorçu zərərsizləşdirilib".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.
O bildirib ki, terrorçulara qarşı mübarizə davam edir:
"Əməliyyatlarımız gecə-gündüz davam edir. Yeganə hədəfimiz terrorçulardır. Biz qonşularımızın ərazi bütövlüyünə hörmət edirik”.
H. Akarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilir:
"Bizim ordumuzda bəzilərinin iddia etdiyi kimi kimyəvi silah yoxdur".








