Türkiyə Mərkəzi Bankı rəsmi kriptovalyuta olan "rəqəmsal lirə"dən istifadə etməklə sınaq tranzaksiyalarını uğurla həyata keçirib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bank 2023-cü ilin birinci rübündə dar çərçivədə maraqlı tərəflər üçün məhdud sınaqları davam etdirəcək.
Bundan başqa, Mərkəzi Bank gələn il bəzi bankları və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri məhdud sınaqlara cəlb etməyi planlaşdırır./report
7NEWS.Az








