RU
Türkiyə MN: Mosulda konsulluğa hücum edən terrorçular cavab verəcək
19:50
181

Türkiyə MN: Mosulda konsulluğa hücum edən terrorçular cavab verəcək

Türkiyə İraq rəsmilərindən Mosul konsulluğuna hücum edənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyir.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraq tərəfi diplomatik nümayəndəliklərin təhlükəsizliyi üçün hər cür tədbir görməyə laqeyd yanaşmamalıdır.

"Mosul konsulluğumuza edilən hücumla kimin mülki şəxslərə və mülki hədəflərə hücum etdiyi bir daha aydın oldu. Gec-tez hücumu həyata keçirən terrorçular da digər terrorçular kimi cavab verəcəklər”, - nazirliyin bəyanatında deyilir.

Bundan əlavə, Türkiyənin terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində İraqla əməkdaşlığa hazır olduğu da vurğulanıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ