Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pençe-Kilit” əməliyyatı zamanı 289 "PKK”lı terrorçunu zərərsizləşdirib.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində, həmçinin terrorçulara məxsus 330 mağara və sığınacaq məhv edilib.
Xatırladaq ki, "Pençe-Kilit” antiterror əməliyyatı cari il aprelin 17-sində başladılıb.








