Gürcüstan Prezidenti Salome Zurabişvili ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Gürcüstan Prezidenti S.Zurabişvili özünün "Twitter" hesabında paylaşım edib.
"Gürcüstan Türkiyə ilə yaxın dost və qonşu ölkələrdir. Mən bu gün gördüyümüz faciəvi meşə yanğınları ilə əlaqədar Türkiyə xalqı ilə həmrəyliyimizi çatdırmaq üçün Prezident Ərdoğanla danışdım. Bu çətin vəziyyətin tezliklə sona çatacağına ümid edirəm", deyə Gürcüstan prezidenti qeyd edib.
7NEWS.Az








