RU
Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olacaq
11:50
163

Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olacaq

"Yaxın vaxtlarda rusiyalı həmkarım Sergey Lavrovla danışmağı planlaşdırıram”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizliyə ən böyük təhdiddir: "İlk vaxtdan bəri sülh üçün çalışırıq. BMT ilə birlikdə "Taxıl razılığı”na nail olduq. Həmçinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunmasına, əsir mübadiləsinə kömək etdik”.

Nazirin sözlərinə görə, bu il Türkiyə və İsrail arasında qarşılıqlı olaraq səfirlər təyin edilib: "Misirlə əlaqələrin normallaşması isə daha yavaş davam edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ