RU
Türkiyə XİN Avropa Komissiyasının hesabatına sərt cavab verib
20:10
83

Türkiyə XİN Avropa Komissiyasının hesabatına sərt cavab verib

Avropa İttifaqı (Aİ) Komissiyasının bu gün Türkiyəyə dair yaydığı hesabat Aİ-nin ölkəmizə strateji baxımdan uzaq yanaşmasını bir daha ortaya qoyur.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, təşkilata namizəd ölkə olan Türkiyəyə qarşı məsuliyyətlərin göz ardı edildiyi və ikili standartın nümayiş olunduğu bu hesabat Aİ-nın Türkiyəyə qarşı qərəzli münasibətinin növbəti nümunəsidir.

"Oktyabrın 6-da dövlət başçımızın iştirakı ilə keçirilən Avropa Siyasi Birliyinin ilk toplantısında ortaq çağırışlara qarşı birgə hərəkət etməyin və əməkdaşlığın vacibliyi vurğulansa da, bu həmrəylik ruhunun Türkiyə Hesabatında öz əksini tapmaması təəssüf doğurur. Əsassız iddiaları və haqsız tənqidləri qəbul etmirik. Danışıqlarda siyasi maneələri aradan qaldırmayan Aİ-nin siyasi sistemimizə, siyasətçilərimizə və idarəçilərimizə, ölkəmizdəki əsas hüquq və azadlıqlara, bəzi məhkəmə qərarlarına, terrorla mübarizəmizə qarşı haqsız iddialarını tamamilə rədd edirik”, - deyə bildirilib.

XİN-dən hesabatda Şərqi Aralıq dənizinə dair məsələdə Kipr türklərinin diqqətdən kənarda qaldığı, Türkiyənin və Şimali Kipr Türk Respublikasının mövqeyinin heç bir şəkildə əks olunmadığı da vurğulanıb.

Əlavə olunub ki, hesabatda Türkiyənin heç bir öhdəliyi olmasa da, Aİ-nin Rusiya-Ukrayna müharibəsi çərçivəsində tətbiq etdiyi sanksiyalarda iştirak etmədiyi üçün tənqid olunması qəribədir. "Bir daha vurğulayırıq ki, Ukraynadan taxıl ixracı və müharibə aparan tərəflər arasında əsir mübadiləsi ancaq Türkiyənin prinsipial yanaşması sayəsində reallaşıb”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ