Türkiyənin Xarici İşlər Nazirliyi erməni terrorunun qurbanı olan səfir Daniş Tunalıgili yad edib.
Bununla bağlı dövlət qurumunun tviter səhifəsində status paylaşılıb.
"ASALA erməni terror təşkilatının mənfur hücumu nəticəsində 1975-ci il oktyabrın 22-də Vyanada şəhid olan səfirimiz Daniş Tunalıgili hörmət və rəhmətlə xatırlayırıq”, - paylaşımda qeyd olunub.








