RU
Türkiyədə azərbaycanlıların olduğu gəmi batdı: ölənlər var - VİDEO
14:31
294

Türkiyədə azərbaycanlıların olduğu gəmi batdı: ölənlər var - VİDEO

Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb. 

7News.Az "CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə dörd nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib. 

Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir. 

Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ