Milas və Köyceğiz yanğınları istisna olmaqla, Türkiyədə bütün meşə yanğınları nəzarət altındadır.
7News.Az xəbər verir ki, bu sözləri Türkiyənin kənd təsərrfatı naziri Bəkir Pakdəmirli öz "Twitter"" hesabında yazıb.
Nazir qeyd edib:
"Milas və Köyceğiz yanğınları istisna olmaqla, ölkəmizdəki bütün meşə yanğınları nəzarət altına alındı. Meşə qəhrəmanları Milas və Köyceğizdə qurudan və havadan böyük bir həvəslə işlərinə davam edirlər".
7News.Az








