RU
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
10:00
21

Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən idarə olunan Ankaranın Etimesgut bələdiyyəsinə qarşı davam edən korrupsiya araşdırmaları çərçivəsində bu gün səhər saatlarında xüsusi əməliyyat keçirilib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Aparılan istintaq tədbirləri nəticəsində bələdiyyə sədri Erdal Beşikçioğlunun da yer aldığı ümumilikdə 55 şəxs nəzarətə alınıb. Saxlanılan şübhəlilər barədə hüquqi prosedurlarının davam etdiyi bildirilir.

Sözügedən təhqiqatın bələdiyyə tərəfindən keçirilən bir sıra tenderlər və qurumun fəaliyyətlərindəki qanunsuzluq iddiaları əsasında başladıldığı qeyd olunub.

Qeyd edək ki, saxlanılan Erdal Beşikçioğlu həm də tanınmış aktyordur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ