İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.
7NEWS.Az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.
Yaralılardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
16:55
Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub, ölənlər və yaralananlar var.
7NEWS.Az-ın xəbərinə görə, İstanbulun Esenyurt rayonunda güclü külək binanın damının uçmasına səbəb olub, iki nəfər həyatını itirib.
İstanbulun bəzi ərazilərində küləyin sürəti saatda 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.
İstanbulun Çatalca rayonunda güclü külək saat qülləsini aşırıb.
7NEWS.Az








