RU
Türkiyədə meşə yanğınında səma cismi lentə alındı (VİDEO)
12:50
731

Türkiyədə meşə yanğınında səma cismi lentə alındı (VİDEO)

Türkiyənin İzmir şəhərinin sakinləri iyulun 31-nə keçən gecə meteorit düşdüyünü bildiriblər. 

Bu haqda Hürriyət yazıb. Türkiyə vətəndaşları Twitter-də yerləşdirilən şəkillərlə bağlı həyəcanlarını ifadə ediblər. Bəziləri sanki zəlzələ və ya partlayış baş verirmiş kimi "anlaşılmaz və yüksək səs" eşitdiklərini deyiblər.

Hazırda Türkiyədə göy cisimlərinin düşməsi ilə bağlı rəsmi məlumat yoxdur.

"Sonra isə bir zombi istilası və ya buna bənzər bir şey olacaq?" - parlaq səma obyektini videoya çəkən müəlliflərindən biri yazıb.
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ