Mersində ot bitkilərini alışdıraraq meşə yanğınına səbəb olan şübhəlilərdən biri həbs edilib.
7News.Az xəbər verir ki, bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən (K.Ş. və B.K.) 2 şəxs polis tərəfindən saxlanılıb.
İstintaq zamanı onlardan birinin günahı sübuta yetirildiyindən o, həbs edilib, digəri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir.








