RU
Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR
15:30
32

Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR

Türkiyədə narkotik istintaqı çərçivəsində əməliyyat zamanı saxlanılmış məşhurların bir çoxunun barəsində qərar verilib.

Bu barədə 7News.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, aralarında aktyorlar, müğənnilər, repçilər, sosial media fenomenləri və musiqiçilərin də olduğu çoxsaylı şübhəlilərdən 10 nəfəri sərbəst buraxılıb.

Sağlamlıq müayinəsindən sonra məhkəməyə göndərilənlər arasında aktrisa Aslıhan Turanlı, müğənni Berkay Şahin, Volkan Bahçekapılı, sosial media fenomeni Kübra İmren, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Cansu Tekin, Yaşar Özdaş və repçi Hakan Aydın da olub.

Rep dünyasında "Blok3" kimi tanınan Hakan Aydın ifadə verib.

Məhkəmə qarşısına çıxarılan şübhəlilər - Aslıhan Turanlı, Berkay Şahin, Volkan Bahçekapılı, Kübra İmren, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Cansu Tekin, Yaşar Özdaş və Hakan Aydının barəsində ölkə xaricinə çıxışları qadağan olunmaqla nəzarət altında saxlanılmaq qərarı verilib və onlar sərbəst buraxılıblar. Həmçinin Hakan Aydına həftədə iki dəfə müvafiq icra orqanına gələrək imza atması öhdəliyi qoyulub.

İstintaq çərçivəsində saxlanılan Mehmet Rahşan isə həbs edilərək həbsxanaya göndərilib. Səlahiyyətlilər istintaqın çoxşaxəli şəkildə davam etdiyini və yeni saxlanılanların olacağını bildiriblər.

Xatırladaq ki, ötən gün Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib və 25 nəfər saxlanılıb. Onların arasında "Mabel Matiz" kimi tanınan məşhur türkiyəli müğənni Fatih Karaca, aktrisalar Serenay Sarıkaya və Feyza Civelek də var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ