Türkiyənin Səhiyyə Nazirliyi koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
7News.Az xəbər verir ki, vaksinasiya yaşı 18-dən 15-ə endirilib.
Xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə isə vaksinlənmə 12 yaşdan sonra həyata keçirilməlidir.
Eyni zamanda PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.
7News.Az








